satellite   Azerspace-1: 11135 H 30000

“Liverpul”un futbolçusunun valideynləri oğurlanıb

“Liverpul”un futbolçusunun valideynləri oğurlanıb

Kolumbiyada “Liverpul”un futbolçusu Luis Diasın valideynləri oğurlanıb.

Naxçıvan televiziyası  xarici mətbuata istinadən xəbər verir ki, hadisə Quahira departamentinin Barrankas şəhərində baş verib.

Bildirilib ki, Diasın valideynləri avtomobili idarə edərkən motosikletli şəxslər onların yolunu kəsib.

Polis artıq futbolçunun anasını xilas edə bilib. Hazırda onun atasının azad edilməsi üçün əməliyyat aparılır.

Qeyd edək ki, 26 yaşlı Dias ötən ilin yanvarında "Portu"dan "Liverpul"a keçmişdi. Bu müddət ərzində o, İngiltərə klubunun heyətində bütün turnirlərdə 58 oyun keçirib və 14 qol vurub.

Kolumbiya millisinin tərkibində 2021-ci ildə Amerika Kubokunda bürünc medal qazanıb. O, həmçinin argentinalı hücumçu Lionel Messi ilə turnirin bombardiri adını bölüşüb. Hər ikisi dörd qol vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM