satellite   Azerspace-1: 11135 H 30000

“Vaqner” özəl hərbi təşkilatı Rusiya qvardiyasının tabeliyinə keçib

“Vaqner” özəl hərbi təşkilatı Rusiya qvardiyasının tabeliyinə keçib

Rusiyanın “Vaqner” özəl hərbi təşkilatı Rusiya qvardiyasının tabeliyinə keçib.

Naxçıvan televiziyası  xəbər verir ki, bu barədə “Vaqner” rəsmi açıqlama verib.

Bildirilib ki, təşkilat üzvləri fərdi şəkildə müqavilələr imzalayıblar.

Məlumata görə, “Vaqner”in bütün strukturu, iş qaydası və komandirlər saxlanılır.

Qeyd edək ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Qiyam uğursuz olub. Bundan sonra “Vaqner”çilər Rusiyanı tərk edib və müvəqqəti olaraq Belarusda yerləşib. Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” döyüşçülərinin bu ölkədə olduğunu təsdiqləyib. “Vaqner”in rəhbəri Yevgeni Priqojinin ölümündən sonra “Vaqner”in Ukraynadan çıxdığı bildirilmişdi. Bu ilin sentyabr ayında Britaniya kəşfiyyatı “Vaqner”in yenidən Ukraynaya qayıtdığı barədə məlumat yayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM