satellite   Azerspace-1: 11135 H 30000

İsrail Müdafiə Ordusu ölən və girov götürülən hərbçilərin sayını açıqlayıb

İsrail Müdafiə Ordusu ölən və girov götürülən hərbçilərin sayını açıqlayıb

Müharibə başlayandan bəri İsrail Müdafiə Ordusunun 312 hərbçisi ölüb, 239 hərbçi isə girov götürülüb.

Naxçıvan televiziyası “Ynet”ə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun briqada generalı Daniel Xaqari bildirib.

O, girov götürülənlərin qaytarılmasını başlıca missiya saydıqlarını vurğulayıb.

D.Xaqari Qəzza zolağında quru əməliyyatlarının miqyasını genişləndirəcəklərini də açıqlayıb.

Bundan başqa, “France press”in məlumatına görə, artıq İsrail Silahlı Qüvvələrinə məxsus tanklar Qəzza şəhər ətrafında görünüb. Bildirilib ki, zirehli texnika Qəzza zolağının şimal hissəsini cənubla birləşdirən yolu kəsib.

Xatırladaq ki, HƏMAS-İsrail müharibəsi oktyabrın 7-dən davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM