satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan müxalifəti büdcə müzakirələrini boykot edib

Ermənistan müxalifəti büdcə müzakirələrini boykot edib

Ermənistan parlamentində müxalifəti təmsil edən deputatlar gələn ilin dövlət büdcəsinin müzakirələrinə qatılmayıblar.

Naxçıvan televiziyası-ın məlumatına görə, “Mənim şərəfim” fraksiyasından olan deputat Tiqran Abramyan bildirib ki, bununla da Baş nazir Nikol Paşinyanı boykot ediblər.

“İndiki hakimiyyətlə müzakirə edə biləcəyimiz heç nə yoxdur, büdcə müzakirələri isə aktual deyil”, - o söyləyib.

Qanunverici orqanda müxalifəti təmsil edən “Ermənistan” fraksiyasının deputatı Artsvik Minasyan da deyib ki, onların bu müzakirələrdə iştirak etmək fikirləri yoxdur. Lakin müxalifət nümayəndələri parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komitənin iclasında təmsil olunacaqlar.

Qeyd edək ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə parlamentdə büdcə müzakirələri keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM