satellite   Azerspace-1: 11135 H 30000

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz hava şəraiti fəsadlara səbəb olub.

Naxçıvan televiziyası xəbər verir ki, leysan yağışları nəticəsində çaylar məcrasından çıxıb, bir sıra körpülər yararsız vəziyyətə düşüb. Bəzi evləri su basıb, magistral yollar və küçələr su altında qalıb. Güclü külək ağacları avtomobillərin üzərinə və yollara aşırıb, binaların dam örtüklərini qoparıb.

Torpaq sürüşməsi və daşqın təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq olunub. Torrent bölgəsində itkin düşən şəxsin axtarışları davam etdirilir.

Genuya ərazisində torpaq sürüşməsi riski səbəbindən əsas avtomagistralda nəqliyyatın hərəkəti dayandırılıb. Emiliya-Romaniya regionunda qırmızı, Liquriyada isə narıncı xəbərdarlıq elan edilib. Bəzi ərazilərdə 210 millimetrdən çox yağıntı düşüb, 19 bələdiyyədə məktəblər bağlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM