satellite   Azerspace-1: 11135 H 30000

Hakan Fidan Aİ ölkələrinin Türkiyədəki səfirləri ilə görüşüb

Hakan Fidan Aİ ölkələrinin Türkiyədəki səfirləri ilə görüşüb

Oktyabrın 30-da Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqı (Aİ) ölkələrinin Ankaradakı diplomatik nümayəndələri və səfirləri ilə görüşüb.

Naxçıvan televiziyası xəbər verir ki, görüşdə Aİ-nin Türkiyədəki nümayəndə heyətinin rəhbəri Nikolaus Meyer-Landrut və ittifaqa üzv ölkələrin Ankaradakı səfirləri iştirak ediblər.

Tədbirdə çıxış edən Hakan Fidan münasibətlərin yenidən canlandırılmasında Türkiyənin Aİ-yə üzvlük prosesinin, Gömrük İttifaqının yenilənməsi və viza sərbəstliyi məsələlərinin Ankara üçün prioritet olduğunu deyib. Türkiyənin bu məsələlərdə qətiyyətini qeyd edən nazir Aİ-nin verdiyi müsbət mesajların həyata keçirilməsinə ehtiyac olduğunu xatırladıb.

Görüş zamanı qanunsuz miqrasiya, terrorla mübarizə, Türkiyə-Aİ münasibətləri, İsrail-Fələstin münaqişəsi, bölgədəki vəziyyət, həmçinin Rusiya-Ukrayna qarşıdurması kimi aktual məsələlər də gündəmə gətirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM