satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-ın İraqdakı hərbi bazası yenidən PUA hücumuna məruz qalıb

ABŞ-ın İraqdakı hərbi bazası yenidən PUA hücumuna məruz qalıb

ABŞ-ın İraqın qərbindəki Ənbər əyalətində yerləşən Ayn-əl-Əsəd hərbi bazası yenidən PUA hücumuna məruz qalıb.

Naxçıvan televiziyası xəbər verir ki, Reuters agentliyi bu barədə İraq hökumətində və güc strukturlarında olan mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, hücum nəticəsində insan tələfatı və maddi itki qeydə alınmayıb.

Pentaqonun yüksək vəzifəli nümayəndəsi oktyabrın 17-dən 30-dək PUA və raketlərdən istifadə olunmaqla ABŞ və beynəlxalq koalisiyanın İraqdakı bazalarının 14 dəfə, Suriyadakı bazalarının isə 9 dəfə hücuma məruz qaldığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM