satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan Mehridə yeni gömrük məntəqəsi tikəcək

Ermənistan Mehridə yeni gömrük məntəqəsi tikəcək

"Mehridəki gömrük məntəqəsi sıfırdan tikiləcək".

Naxçıvan televiziyası “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan bildirib.

“Sıfırdan bütün beynəlxalq standartlara cavab verən yeni məntəqə tikiləcək. Eyni zamanda, gömrük nəzarətinin sürətləndirilməsinə və səmərəliliyinin artırılmasına yönəlmiş islahatlar həyata keçirilməlidir”, - o vurğulayıb.

Daha əvvəl qeyd edilib ki, Mehridə yerləşən gömrükdə yenidənqurma və modernləşdirmə işlərinə artıq başlanılıb. Modernləşmə prosesi 2026-cı ilə qədər davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM