satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanın maliyyə naziri: “Büdcə kəsiri səbəbindən ölkənin dövlət borcu artır”

Ermənistanın maliyyə naziri: “Büdcə kəsiri səbəbindən ölkənin dövlət borcu artır”

“Ermənistanın dövlət borcu büdcə kəsiri səbəbindən artır”.

Naxçıvan televiziyası Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Vahe Ovannisyan parlamentdə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın xərcləri gəlirlərini üstələyir: “2024-cü ildə xərclərimiz 3 trilyon 17 milyard dram (7 milyard 549 milyon dollar) təşkil edəcək. Gəlirlərimiz isə bu məbləğdən 340 milyard dram az olacaq. Yəni 340 milyard dram məbləğində borc almalıyıq. Hazırda bu məsələ müzakirə olunur. Xərcləri ödəmək üçün müxtəlif mənbələrdən borc götürürük”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM