satellite   Azerspace-1: 11135 H 30000

İranın xarici işlər naziri Türkiyəyə səfər edəcək

İranın xarici işlər naziri Türkiyəyə səfər edəcək

Noyabrın 1-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Türkiyəyə səfər edəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən məlumat yayılıb.

Bildirilib ki, səfər çərçivəsində Hüseyn Əmir-Abdullahianın türkiyəli həmkarı Hakan Fidan ilə görüşü nəzərdə tutulur. Görüş zamanı başda İsrail-Fələstin qarşıdurması olmaqla, bölgədə baş verən son hadisələrin müzakirə edilməsi ehtimal olunur.

Türkiyə və İran XİN rəhbərlərinin mediaya birgə açıqlama vermələri gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM