satellite   Azerspace-1: 11135 H 30000

Çin yeni kartoqrafiya peykini orbitə çıxarıb

Çin yeni kartoqrafiya peykini orbitə çıxarıb

Çin “Tianhui-5” yeni kartoqrafiya peykini orbitə çıxarıb.

Naxçıvan televiziyası xəbər verir ki, peyki orbitə aparan “Uzun yürüş-6” daşıyıcı raketin buraxılışı Pekin vaxtı ilə səhər saat 6:50-də Tayyuan buraxılış məntəqəsində baş tutub. Peykin planlaşdırılan orbitə daxil olduğu bildirilir.

“Tianhui-5” əsasən coğrafi məlumatların xəritələndirilməsi, torpaq ehtiyatlarının araşdırılması və elmi təcrübələr daxil olmaqla tapşırıqları yerinə yetirəcək.

Qeyd edək ki, bu, Çinin “Uzun yürüş” seriyasından 494-cü raket buraxılışıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM