satellite   Azerspace-1: 11135 H 30000

Hakan Fidan: “İsrail-Fələstin münaqişəsinin regional müharibəyə çevrilməsinin qarşısını almalıyıq”

Hakan Fidan: “İsrail-Fələstin münaqişəsinin regional müharibəyə çevrilməsinin qarşısını almalıyıq”

“İsrail-Fələstin münaqişəsinin regional müharibəyə çevrilməsinin qarşısını almalıyıq”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahianla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O, həm İsraili, həm də Fələstini danışıqlara çağırıb: “Türkiyə atəşkəsin təmin edilməsi, beynəlxalq sülh konfransının təşkil edilməsinə dair səylər göstərir və qarant ölkələrdən biri olmağa hazırdır. Yaxın Şərqdəki digər silahlı güclər də prosesə qoşula bilər. Məhz buna görə sülhün əldə olunması çox vacibdir. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik".

H.Fidan Avropa İttifqının (Aİ) Yaxın Şərqdə sabitlikdə maraqlı olmadığını söyləyib: “Avropa İttifaqı bunu istəmir”.
Nazir hazırda Yaxın Şərqdə baş verənlərə görə Qərbi ittiham edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM