satellite   Azerspace-1: 11135 H 30000

İsrail ordusu Qəzzanın şimalında HƏMAS-ın müdafiə xəttini yardığını açıqlayıb

İsrail ordusu Qəzzanın şimalında HƏMAS-ın müdafiə xəttini yardığını açıqlayıb

İsrail hərbçiləri Qəzza zolağının şimalında HƏMAS-ın silahlı qüvvələrinin müdafiə xəttini yarıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari məlumat verib.

"Quru əməliyyatı planlaşdırıldığı kimi davam edir. Qoşunlarımız Qəzza zolağının şimalındadır. Kəşfiyyat məlumatları və koordinasiyalı hava, dəniz və quru zərbələri sayəsində qüvvələrimiz Qəzza zolağının şimalında HƏMAS-ın cəbhə xəttinə nüfuz edib", - D.Haqari deyib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. İsrail Müdafiə Ordusu isə əks-hücum həmlələrinə başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM