satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN: "İrəvan nümayişkaranə şəkildə Moskva ilə müttəfiqlik əlaqələrini dağıdır"

Rusiya XİN: "İrəvan nümayişkaranə şəkildə Moskva ilə müttəfiqlik əlaqələrini dağıdır"

"Ermənistan nümayişkaranə şəkildə Rusiya ilə müttəfiqlik əlaqələrini məhv edir".

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

“Təəssüf ki, Ermənistanın hazırkı rəhbərliyi məqsədyönlü və israrla bizim müttəfiqlik münasibətlərimizi məhv edir. Halbuki, bu yaxınlarda müttəfiqlik əlaqələrini Ermənistanda sabitlik və rifah üçün vacib amil adlandırıblar”, - o bildirib.

M.Zaxarova qeyd edib ki, Ermənistan mətbuatında Rusiyaya qarşı güclü aqressiya var: “Ölkəmizə hətta millətçilik həddində olan münasibət bəslənilir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM