satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan parlamentinin sədr müavini: "Anklavlar" məsələsi müzakirə olunur"

Ermənistan parlamentinin sədr müavini: "Anklavlar" məsələsi müzakirə olunur"

“Anklavlar” məsələsi dəfələrlə xatırlanıb, deyilib ki, əgər hüquqi əsası varsa, ikitərəfli razılaşmalarda qeydiyyata və xəritəyə alınıbsa, Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası çərçivəsində müzakirə ediləcək”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan noyabrın 2-də jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hər iki tərəfin istifadə edə biləcəyi xəritələr var: “Yəni burada qaranlıq otaqlar, künclər axtarmağa ehtiyac yoxdur”.

A.Arşakyan vurğulayıb ki, danışıqların davam etdirilməsinə imkan vermək lazımdır: “Ermənistan və Azərbaycan öz ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsinə aydınlıq gətirməli, bunu yazılı şəkildə qəbul etməlidir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM