satellite   Azerspace-1: 11135 H 30000

Polşa ordusunda yeni piyada diviziyası formalaşdırılıb

Polşa ordusunda yeni piyada diviziyası formalaşdırılıb

Polşa Müdafiə Nazirliyi yeni piyada diviziyasının formalaşdırıldığını elan edib.

Naxçıvan televiziyası xəbər verir ki, Polşanın müdafiə naziri Mariuş Blaşak Varşava yaxınlığında yerləşən Nove-Miasto-nad-Pilicą şəhərində 8-ci piyada diviziyasının formalaşdırılması barədə qərarı imzalayıb. Yeni hərbi birləşmənin qərargahı həmin şəhərdə dislokasiya olunacaq.

Nazir qeyd edib ki, dörd komponentli model əsasında yaradılan diviziyaya iki mexanikləşdirilmiş briqada, motoatıcı briqada, artilleriya briqadası, maddi-texniki təminat polku, tank əleyhinə birləşmə, zenit polku, komanda taboru, kəşfiyyat taboru və kimya qoşunları taboru daxil ediləcək. Mariuş Blaşakın sözlərinə görə, yeni qoşun birləşməsi ən müasir texnika ilə silahlanacaq.

Xatırladaq ki, Polşanın müdafiə naziri 2035-ci ilədək Silahlı Qüvvələrin şəxsi heyətinin sayının artırılaraq 300 minə çatdırılacağını elan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM