satellite   Azerspace-1: 11135 H 30000

Fransada son bir ayda antisemitizm halları ötən illə müqayisədə 2 dəfə artıb

Fransada son bir ayda antisemitizm halları ötən illə müqayisədə 2 dəfə artıb

Fransa polisi bir aydan az müddət ərzində 900-ə yaxın antisemit qanun pozuntusu qeydə alıb və bu, bütünlükdə ötən illə müqayisədə iki dəfə çoxdur.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Məlumata görə, oktyabrın 7-dən indiyədək 887 antisemit hərəkət qeydə alınıb, bunlara görə 442 nəfər saxlanılıb.

Hökumətin nümayəndəsi Olivye Veran bildirib ki, Fransa hökuməti ölkədə antisemitizmin görünməmiş həddə artımını Yaxın Şərqdəki mövcud münaqişə ilə əlaqələndirir. Onun sözlərinə görə, antisemitizm təzahürləri fonunda insanların artıq mağazalarda alış-veriş etməyə və taksi sifariş etməyə cəsarət etməməsi halları qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM