satellite   Azerspace-1: 11135 H 30000

Monqolustanın paytaxtına güclü qar yağıb

Monqolustanın paytaxtına güclü qar yağıb

Monqolustanın paytaxtı Ulan-Batora yağan güclü qar yollarda böyük tıxaclara səbəb olub.

Naxçıvan televiziyası xəbər verir ki, Monqolustan Meteorologiya və Ətraf Mühitin Monitorinqi İnstitutu ölkə ərazisinin böyük hissində çovğun olacağını və qarın daha da güclənəcəyini proqnozlaşdırır. Dağlıq rayonlarda temperaturun mənfi 28 dərəcəyə düşəcəyi gözlənilir.

Bu səbəbdən ölkənin Fövqəladə Hallar Nazirliyi sürücüləri yollarda diqqətli olmağa, maldarlıqla məşğul olanları isə əlavə tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, Monqolustanda xeyli uzun sürən soyuq qış mövsümündə havanın temperaturu mənfi 25-45 dərəcə arasında dəyişir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM