satellite   Azerspace-1: 11135 H 30000

Qəzzada ölən fələstinlilərin sayı 9,7 mini keçib

Qəzzada ölən fələstinlilərin sayı 9,7 mini keçib

İsrailin HƏMAS silahlılarını zərərsizləşdirmək məqsədilə Qəzzaya endirdiyi cavab zərbələri nəticəsində ölən fələstinlilərin sayı 9,7 mini keçib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, müharibə nəticəsində ölənlərin sayı 9 770 nəfərə çatıb, 24 808 nəfər isə yaralanıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Kassam” briqadasının İsrailin nəzarətində olan ərazilərə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət kəskinləşib.

İsrail tərəfi HƏMAS-ın hücumuna cavab olaraq Qəzza sektoruna, Livan və Suriyanın ayrı-ayrı rayonlarına zərbələr endirməyə başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM