satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-nin nüvə sualtı qayığı Yaxın Şərqə çatıb

ABŞ-nin nüvə sualtı qayığı Yaxın Şərqə çatıb

ABŞ ordusuna məxsus nüvə sualtı qayığı Yaxın Şərqə çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, Ohayo (Ohio) sinfinə aid sualtı qayıq yeni nəsil idarə olunan “Tomahawk” uzaqmənzilli raketləri ilə təchiz edilib.

Komandalığın sözlərinə görə, sualtı qayığın Yaxın Şərqə gəlməsi HAMAS-İsrail münaqişəsinin daha da genişlənməsinə çalışan qüvvələri çəkindirmək məqsədi daşıyır.

Həmçinin əlavə olunub ki, 154 ədəd “Tomahawk” qanadlı raketini daşıya bilən sualtı qayıq Misir paytaxtı Qahirənin şimal-şərqində Süveyş kanalından keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM