Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün növbədənkənar sammiti keçiriləcək.
Naxçıvan televiziyası xəbər verir ki, bu barədə təşkilatın saytında yerləşdirilən məlumatda qeyd olunub.
Bildirilib ki, noyabrın 12-si keçiriləcək bu zirvə görüşündə İsrail-HƏMAS qarşıdurması müzakirə olunacaq.
Qeyd edək ki, noyabrın 10-11-də Ər-Riyadda Afrika və ərəb ölkələri arasında sammitlər keçiriləcək.
