satellite   Azerspace-1: 11135 H 30000

ABŞ İnstitutu: Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası ləğv oluna bilər

ABŞ İnstitutu: Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası ləğv oluna bilər

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası ləğv oluna bilər.

Naxçıvan televiziyası xəbər verir ki, ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun iddiasına görə, bu barədə Kremlə bağlı mənbələr danışıblar.

Bildirilib ki, buna səbəb Ermənistanla ABŞ arasında artan əməkdaşlıqdır:

“Ermənistan Baş Qərargahının rəisi Edvard Asiran ilə ABŞ-nin Avropa Komandanlığının müavini general-leytenant Stiven Başam arasında noyabrın 3-də görüş keçirilib. Bu, Rusiyaya qarşı növbəti rüsvayçılıqdır. ABŞ ilə Ermənistan arasında artan əməkdaşlıq Rusiyanın Gümrüdəki 102-ci Hərbi Bazasını saxlamaq imkanını təhlükə altına alır”.

Həmçinin məlumatda vurğulanıb ki, İrəvan son vaxtlar Moskvadan uzaqlaşır və ikitərəfli münasibətlər pisləşir.

Xatırladaq ki, Ermənistandakı 102-ci hərbi baza Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1994-cü ildə keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM