satellite   Azerspace-1: 11135 H 30000

İstanbulda Beynəlxalq Enerji Mərkəzi 2024-cü ildə fəaliyyətə başlayacaq

İstanbulda Beynəlxalq Enerji Mərkəzi 2024-cü ildə fəaliyyətə başlayacaq

İstanbulda yaradılan və xarici bazarlara enerji və mineralların tədarükü, eləcə də bu sahədə qiymətlərin müəyyən edilməsi ilə məşğul olacaq beynəlxalq enerji mərkəzi 2024-cü ildə işə başlayacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar bəyan edib.

“Mərkəz üçün (Ataşehir bölgəsindəki beynəlxalq maliyyə mərkəzində) yer tapdıq. Ümid edirik ki, layihə 2024-cü ildə başlayacaq. Burada həm yerli, həm də xarici özəl sektorun nümayəndələri iştirak edə biləcəklər”,-deyə nazir bildirib.

Türkiyə hakimiyyəti daha əvvəl beynəlxalq qaz qovşağı layihəsi çərçivəsində İstanbulda enerji mərkəzinin yaradılacağını bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM