satellite   Azerspace-1: 11135 H 30000

Ukraynanın idman naziri istefa verib

Ukraynanın idman naziri istefa verib

Ukraynanın gənclər və idman naziri Vadim Hutsayt işdən çıxmaq haqqında ərizə yazıb. Sənəd artıq Ali Radaya (birpalatalı parlament) çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Ruslan Stefançuk feysbukda yazıb.

“Ukraynanın Ali Radasına Ukraynanın gənclər və idman naziri V.M. Hutsaytın işdən çıxmaq haqqında ərizəsi çatıb”, – parlament nəql edib.

Onun sözlərinə görə, sənədə yaxın günlərdə baxılacaq.

Stefançuk ərizənin surətini də paylaşıb. Orada Hutsayt qərarının səbəbini açıqlamayıb.

Xatırladaq ki, ötən gün “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya parlamentin bu həftə nazirlərdən birini vəzifədən azad edəcəyini bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM