satellite   Azerspace-1: 11135 H 30000

Fransanın şimalında daşqınlar səbəbindən yüzlərlə məktəb bağlanacaq

Fransanın şimalında daşqınlar səbəbindən yüzlərlə məktəb bağlanacaq

Fransanın şimalında yerləşən Pa-de-Kale departamentinin 200 kommunasında daşqınlar səbəbindən məktəblər bağlanacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin “X” hesabında bildirib.

Milli Meteorologiya Xidməti departamentdən yüksək "qırmızı təhlükə" səviyyəsi elan edib.

Qurum qeyri-sabit hava şəraiti ilə əlaqədar əhalini maksimum ehtiyatlı olmağa və bütün təhlükəsizlik təlimatlarına əməl etməyə çağırıb.

Məktəblər noyabrın 12-də günün sonuna qədər bağlı qalacaq, bundan sonra hava şəraitindən asılı olaraq məhdudiyyət uzadıla bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM