satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan-Gürcüstan sərhədinin keçid məntəqəsində gərgin vəziyyət yaranıb

Ermənistan-Gürcüstan sərhədinin keçid məntəqəsində gərgin vəziyyət yaranıb

Artıq 2-3 gündür ki, Ermənistan-Gürcüstan sərhədindəki Baqrataşen keçid məntəqəsinin Gürcüstan ərazisində yük avtomobillərinin sürücüləri Ermənistan keçid məntəqəsinin pis işləməsi səbəbindən həmin ölkəyə daxil ola bilmirlər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.

Onlardan biri Karen Hovakimyan bildirib ki, onlar 2 həftə ölkədən çıxaraq, Rusiyanın şəhərlərinə gediblər və indi Ermənistana qayıdırlar, lakin artıq bir neçə gündür, sərhədin Gürcüstan tərəfində qalmağa məcbur olublar, çünki Ermənistan tərəfinin sərhəd xidməti yaxşı işləmir.

Məlumata görə, hazırda Gürcüstan tərəfində 600-ə yaxın yük maşını yığılıb. Avtomobillərin sürücüləri bilmirlər ki, Ermənistan tərəfdəki keçid məntəqəsinin açılmasını və həmin ölkəyə daxil olmaq imkanını nə qədər gözləməli olacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM