satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan vətəndaşlarının 54 faizindən çoxu Nikol Paşinyana etibar etmir

Ermənistan vətəndaşlarının 54 faizindən çoxu Nikol Paşinyana etibar etmir

Ermənistan vətəndaşlarının 54 faizindən çoxu ölkənin baş naziri Nikol Paşinyanın yürütdüyü siyasətə etibar etmir.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə “GALLUP International Association” Araşdırma Mərkəzinin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, respondentlərin 20,4 faizi Nikol Paşinyana tam etibar edir, 13,2 faizi qismən etibar edir, 18,6 faizi qismən etibar etmir, 35,5 faizi ümumiyyətlə etibar etmir.

Ermənistan əhalisinin əksəriyyəti - 53,7 faizi prezident Vaaqn Xaçaturyanın fəaliyyətini bəyənmir. Respondentlərin 64,2 faizi parlamentin, 57,7 faizi isə hökumətin fəaliyyətinə etimad etmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM