satellite   Azerspace-1: 11135 H 30000

ABŞ generalı Qəzzadakı müharibədə risklərlə bağlı xəbərdarlıq edib

ABŞ generalı Qəzzadakı müharibədə risklərlə bağlı xəbərdarlıq edib

Qəzzadakı döyüşlərin uzanmasının fələstinli mülki şəxslərin yaraqlıların sıralarına qoşulmağa sövq etmə ehtimalını nəzərə alsaq, döyüşlərin tez başa çatması bunu məhdudlaşdırmağa kömək edə bilər.

Naxçıvan televiziyası “Reuters”ə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Baydenin baş hərbi müşaviri, general Çarlz Q.Braun deyib.

Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Q.Braun bildirib ki, İsrailin Qəzzadakı əməliyyatlarda bəyan etdiyi məqsəd - ərazini idarə edən HƏMAS silahlı qruplaşmasının tamamilə məhv edilməsi “kifayət qədər böyük tapşırıqdır”.

O, İsrailin HƏMAS-ın yüksək rütbəli rəhbərliyini hədəf almağa fokuslandığını və buna daha tez nail ola biləcəyini söyləyib.

“Düşünürəm ki, bu, nə qədər uzansa, bir o qədər çətinləşə bilər”, - deyə Braun bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM