satellite   Azerspace-1: 11135 H 30000

Darfurdan 8 mindən çox sudanlı Çada qaçıb, 800 nəfər öldürülüb

Darfurdan 8 mindən çox sudanlı Çada qaçıb, 800 nəfər öldürülüb

Darfur bölgəsində artan zorakılıqlara görə son bir həftə ərzində 8 mindən çox sudanlı Çada qaçıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, Qərbi Darfurun Ərdamata kəndində də silahlı qruplar tərəfindən 800 nəfərin öldürülməsi xəbərləri yayılıb.

Ərazidə 100-ə yaxın sığınacaq yerlə-yeksan edilib. Bölgədə BMT-nin humanitar yardımı talan edilib.

BMT xatırladıb ki, 2023-cü ilin aprelindən Sudanda silahlı münaqişə zamanı 4,8 milyondan çox sudanlı məcburi köçkün vəziyyətinə düşüb, daha 1,2 milyon insan isə ölkəni tərk edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM