satellite   Azerspace-1: 11135 H 30000

İsrailin müdafiə naziri: “Hizbullah” müharibəyə qoşulsa, Beyrutu Qəzzanın taleyi gözləyir

İsrailin müdafiə naziri: “Hizbullah” müharibəyə qoşulsa, Beyrutu Qəzzanın taleyi gözləyir

Livanın “Hizbullah” qruplaşması İsrailə qarşı müharibəyə qoşulsa, bu, Beyrut sakinlərinin evlərini tərk etməyinə yol açacaq “ölümcül xəta” olacaq.

Naxçıvan televiziyası “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant söyləyib.

O xəbərdarlıq edib ki, Livan vətəndaşları, “Hizbullah” lideri Həsən Nəsrullah “səhv etsə, Beyrutun taleyi Qəzzanın aqibəti ilə eyni olacağını” bilməlidirlər.

Qallantın sözlərinə görə, Qəzza zolağında İsrail Hərbi Hava Qüvvələri indi öz imkanlarının onda birindən azını işə salıb. O xatırladıb ki, ölkənin şimalında (Livanla sərhədlər yaxınlığında) aviasiya gücü “çox böyükdür”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM