satellite   Azerspace-1: 11135 H 30000

Numan Kurtulmuş: “İslamofobiya böyük ictimai xəstəlikdir”

Numan Kurtulmuş: “İslamofobiya böyük ictimai xəstəlikdir”

“İslamofobiya böyük ictimai xəstəlikdir və buna qarşı mübarizə aparmalıyıq".

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Antalyada müftilərlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, mübarizə qaçılmazdır.

N.Kurtulmuş bildirib ki, bu gün əsas qlobal problemlərdən biri də daxili toqquşmalardır: “Bu, Üçüncü Dünya müharibəsinin başlanması deməkdir. Dünya çox böyük xaos içindədir”.

TBMM sədri vurğulayıb ki, davam edən toqquşmalara son qoyulması üçün yeni siyasi sistemə ehtiyac var: "Dünyada yeni sistemin qurulması qaçılmazdır. Bu gün BMT nə Ukrayna, nə də Yaxın Şərqdəki müharibəni dayandıra bilər".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM