satellite   Azerspace-1: 11135 H 30000

SEPAH generalı: “İsraillə HƏMAS arasındakı müharibə artıq Livana keçib və daha da genişlənəcək”

SEPAH generalı: “İsraillə HƏMAS arasındakı müharibə artıq Livana keçib və daha da genişlənəcək”

“İsraillə HƏMAS arasındakı müharibə daha da genişlənəcək”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu “Tasnim” agentliyinə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə deyib.

O söyləyib ki, İsrailin HƏMAS ilə münaqişəsi artıq Qəzza bölgəsindən kənara çıxıb: “Döyüşlər artıq Livan ərazisinə keçib və daha da genişlənəcək”.

HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyi barədə xəbərdarlıq edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM