satellite   Azerspace-1: 11135 H 30000

Rusiya pasportunu yandıraraq Ermənistana qaçan müğənni geri qayıtmağa qərar verib

Rusiya pasportunu yandıraraq Ermənistana qaçan müğənni geri qayıtmağa qərar verib

Rusiyadan qaçaraq Ermənistana sığınan müğənni geri qayıtmağa qərar verib.

Naxçıvan televiziyası-ın məlumatına görə, Rusiyanı tərk edərək pasportunu yandıran müğənni Şarlot (əsl adı Eduard Şarlot) Rusiya Federasiyasına qayıtmaq qərarına gəlib. Müğənni İnstagram səhifəsində geri dönüş bileti üçün izləyicilərindən pul istəyib.

"Mən Rusiyaya qayıdıram. Evimə, doğma ölkəmə gedirəm. Mənə bilet üçün az miqdarda pul lazımdır",- deyə rusiyalı müğənni yazıb.

Onun paylaşımına şərh bildirənlərin əksəriyyət sənətçini Rusiyada görməkdən məmnun olmayacaqlarını yazıb.

“Xahiş edirəm, geri qayıtma, sənsiz ölkə, həqiqətən də, yaxşılaşıb”, “Niyə biletə pul atmalıyıq? Piyada gedin”, - deyə musiqiçinin abunəçiləri bildirib.

Qeyd edək ki, bu ilin iyun ayında Edvard Şarlotun pasportunu yandırdığına dair görüntüləri yayımlayıb. Sənətçi bildirib ki, o, artıq özünü Rusiya vətəndaşı hesab etmir və Kiyevə gedəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM