satellite   Azerspace-1: 11135 H 30000

Polşanın Baş naziri istefa verib

Polşanın Baş naziri istefa verib

Polşanın Baş naziri Mateuş Moravetski istefa verib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, o, parlament seçkilərindən sonra bütün kabineti ilə birlikdə istefa verib: “Parlament adətinə uyğun olaraq, mən istefaya getmək istəyirəm”.

Məlumata görə, hakim “Qanun və ədalət” partiyası parlament çoxluğuna malik olmadığına görə, Polşa prezidenti Anjey Duda yeni hökuməti qurmaq səlahiyyətini bu gün Moravetskiyə verəcək.

Bundan əvvəl “Vətəndaş Koalisiyasının” rəhbəri, Polşanın keçmiş Baş naziri və Avropa İttifaqı Şurasının keçmiş prezidenti Donald Tusk bəyan etmişdi ki, Polşada üç müxalifət birliyi,- “Vətəndaş Koalisiyası”, “Üçüncü Yol” və “Sol” partiyaları koalisiya sazişi imzalayıblar və hökumət qurmaq niyyətindədirlər.

Qeyd olunur ki, əgər müxalifət uğur qazansa, Tuskun ölkənin Baş naziri postuna namizədliyi irəli sürüləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM