satellite   Azerspace-1: 11135 H 30000

İsrail ordusu: “Qəzzadan 1 milyondan çox insan təxliyə olunub”

İsrail ordusu: “Qəzzadan 1 milyondan çox insan təxliyə olunub”

“Qəzza zolağının şimalından quru əməliyyatı başlayandan bəri 1 milyondan çox dinc sakin təxliyə edilib”.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə brifinq zamanı İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Piter Lerner bildirib.

“Müxtəlif dövrlərdə bir neçə yüz min nəfərlə kifayət qədər böyük uğurlar əldə etmişik. Bəzi hesablamalara görə, 1 milyondan çox insan şimal rayonlarından təxliyə edilərək Qəzzanın cənubuna gedib”, - o qeyd edib.

Onun sözlərinə görə, bu, quru əməliyyatı zamanı düşmənin gizləndiyi yerləri müəyyən etmək üçün manevr imkanı verir.

Bundan başqa, İsrail Müdafiə Ordusu təkcə son üç gündə 200 minə yaxın insanın Qəzza şəhərini tərk etdiyi barədə məlumat verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM