satellite   Azerspace-1: 11135 H 30000

Lukaşenko Paşinyana KTMT sammitində iştirakla bağlı qərara tələsməməyi təklif edib

Lukaşenko Paşinyana KTMT sammitində iştirakla bağlı qərara tələsməməyi təklif edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Baş naziri Nikol Paşinyanın Minskdə keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sammitində iştirakdan imtina etməsinə adi reaksiya verib və ona tələsik qərarlar qəbul verməməyi təklif edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “RİA Novosti”yə Belarus liderinin mətbuat katibi Natalya Eysmont bildirib.

"Bəzi digər tanınmış siyasətçilərin oxşar vəziyyətlərindəki təcrübələrinə və hərəkətlərinə əsaslanaraq Prezident (Aleksandr Lukaşenko-red). Ermənistan Baş nazirinə tələsməməyi, tələsik qərarlar qəbul etməməyi, parçalanmaya yönəldilə biləcək növbəti addımları ciddi şəkildə düşünməyi təklif etdi",- Eysmont bildirib.

Lukaşenkonun Paşinyanın gəlməkdən imtina etməsindən sonra sakitliyi bu cür tədbirlərin istənilən dövlətin rəhbərinin işi olduğunu başa düşməklə bağlıdır. O, oxşar dəvətlərin digər ölkələrin liderlərinə də göndərildiyini xatırladıb.

Qeyd edək ki, Paşinyan KTMT sammitində iştirak edə bilməyəcəyini açıqlayıb.

Bu qərarla bağlı danışan Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Ermənistanın baş nazirinin sammitdə iştirakdan imtina etməsindən təəssüflənir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM