satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan: "Ermənistan yeni tərəfdaşlar, yeni silah tədarükçüləri axtarır"

Paşinyan: "Ermənistan yeni tərəfdaşlar, yeni silah tədarükçüləri axtarır"

“KTMT ilə münasibətlər kontekstində fundamental problem təşkilatın Ermənistanda məsuliyyət sahəsini müəyyən etməkdən faktiki imtina etməsidir”.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

Onun sözlərinə görə, İrəvan KTMT missiyasının Ermənistana göndərilməsindən imtina etməyib, onun harada fəaliyyət göstərəcəyini müəyyənləşdirməyi xahiş edib.

“KTMT isə Ermənistanın təhlükəsizliyinə təhdidlərlə bağlı İrəvanın çoxsaylı bəyanatlarına heç vaxt cavab verməyib”, - Ermənistan hökumətinin başçısı bildirib.

O, yeni tərəfdaşlar, yeni silah tədarükçüləri axtardıqlarını qeyd edib: “Hazırda hakimiyyət təhlükəsizlik sahəsində əlaqələri şaxələndirir, yeni tərəfdaşlar, yeni silah tədarükçüləri axtarır. Hökumət KTMT-dən çıxmaq barədə qərar qəbul olunmayana qədər siyasi kursun dəyişməsi barədə açıqlama vermək niyyətində deyil, əks halda bu, uyğunsuzluğa səbəb olacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM