İyulun 29-u saat 11:00-dan etibarən tədrisi digər dildə aparılan bölmə üzrə uşaqların 1-ci sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.
Bu barədə NTV-yə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixdən sonra məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.
Sərbəst qəbulun aparılacağı ümumi təhsil müəssisələri bunlardır:
• Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb;
• Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey;
• “Zəngi” liseyi;
• Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;
• 132-134 nömrəli Təhsil Kompleksi.
Qeyd edək ki, 1-ci sinfə elektron qəbul prosesi müvafiq qaydalara uyğun olaraq davam etdirilir.
