NDU-da Ümumdünya sağlamlıq gününə həsr olunmuş sərgi keçirilib - FOTOLAR

NDU-da  Ümumdünya sağlamlıq gününə həsr olunmuş sərgi keçirilib <font color=red> - FOTOLAR</font> NDU-da  Ümumdünya sağlamlıq gününə həsr olunmuş sərgi keçirilib <font color=red> - FOTOLAR</font> NDU-da  Ümumdünya sağlamlıq gününə həsr olunmuş sərgi keçirilib <font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 7 aprel Ümumdünya sağlamlıq gününə həsr olunmuş sərgi Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində baş tutub. “Sağlam həyat tərzi ilə əlaqədar maarifləndirici ədəbiyyatların təbliği” adlı kitab sərgisində qeyd olunub ki, 1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının yaranması Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. 2021-ci ildə Ümumdünya Sağlamlıq Günü yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılması ilə mübarizə mövzusuna həsr edilib və “Daha ədalətli və daha sağlam dünyanın qurulması” şüarı ilə keçirilir.

Qeyd edək ki, sərgidə tibb əməkdaşlarının kitabları, tibbi maarifləndirici ədəbiyyatlar olmaqla, ümumilikdə 100-dən çox kitab yer alıb.

Hüseyn Ağazadə

Naxçıvan Dövlət Universiteti

 “Jurnalistika” ixtisası üzrə IV kurs tələbəsi

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM