Nizami Gəncəvi və Şərq ədəbiyyatı mövzusunda konfransa tezis qəbulu davam edir

Nizami Gəncəvi və Şərq ədəbiyyatı mövzusunda konfransa tezis qəbulu davam edir

“Nizami Gəncəvi İli” çərçivəsində akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən sentyabrın 24-də “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

İnstitutdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, beynəlxalq konfransda iştirak üçün məruzələrin tezislərinin qəbuluna başlanılıb. Tezislər Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində qəbul edilir və bir səhifədən artıq olmamalıdır.

Tezislər [email protected] ünvanına avqustun 31-dək göndərilməlidir. Təşkilat komitəsi tezisləri seçmək, mətndə düzəlişlər etmək və tezisləri geri qaytarmaq hüququna malikdir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM