Tələbələrin Vətən müharibəsi qaziləri ilə görüşü keçirilib - FOTOLAR

Tələbələrin Vətən müharibəsi qaziləri ilə görüşü keçirilib<font color=red> - FOTOLAR</font> Tələbələrin Vətən müharibəsi qaziləri ilə görüşü keçirilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutu tələbələrinin təşkil etdiyi görüş “Günümüzün qəhrəmanları” adı altında baş tutub.  Əvvəlcə Dövlət Himni səsləndirilib. Zəfər tarixini özündə əks etdirən videoçarx nümayiş olunub. 

44 Günlük vətən müharibəsinində qazandığımız qələbənin Ali Baş Komandan İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti, müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın güc birliyi sayəsində əldə olunduğunu vurğulayan  NMİ-nin rektoru Azad Novruzov qeyd edilib ki, muxtar respublikada şəhidlərin xatirəsinə yüksək ehtiram, qazilərimizə göstərilən xüsusi dövlət qayğısı gənclərin bu istiqamətdə təşkil etdiyi tədbirlərin əsas başlanğıc meyarıdır. 

Universitetin rektoru Elbrus İsayev bildirib ki, bu tarixi qələbə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qələbəsidir, xalqımızın şanlı tarixidir. Hər iki ali təhsil müəssisələri tələbələrinin şəxsi təşəbbüsü sayəsində təşkil edilən tədbiri yüksək qiymətləndirən rektor vurğulayıb ki, bu cür tədbirlərin təşkili göstərir ki, gənclər muxtar respublikada həyata keçirilən nümunəvi vətənpərvərlik tərbiyəsini layiqincə mənimsəyiblər. 

Qazilərimiz Nurlan Quliyev və Pənah Mahmudovun döyüş yolu haqda slayd təqdim edilib. Hər iki qazimiz qalib ölkənin ordusunda döyüşməkdən fəxr duyduqlarını dilə gətirib, gənclərin suallarını cavablandırıblar. Tələbələr vətən, Qarabağ, zəfər mövzularına və ən uca məqam olan şəhidlik zirvəsi haqda ədəbi-bədii kompozisiya nümayiş etdirib, şeirləri bədii qiraət ediblər. 

Sonda Universiteti “Rəngkarlıq” ixtisası üzrə II kurs tələbəsi Jalə Cəfərli, Naxçıvan Müəllimlər İnstitutu “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə I kurs tələbəsi Təranə Zaidova çəkdikləri portretləri Vətən müharibəsi iştirakçılarına təqdim ediblər.

Səadət Əliyeva 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM