Ali təhsil ocağında “Nizami Gəncəvinin söz dünyası” mövzusunda elmi-nəzəri konfrans keçirilib - FOTOLAR

Ali təhsil ocağında “Nizami Gəncəvinin söz dünyası” mövzusunda elmi-nəzəri konfrans keçirilib<font color=red> - FOTOLAR</font> Ali təhsil ocağında “Nizami Gəncəvinin söz dünyası” mövzusunda elmi-nəzəri konfrans keçirilib<font color=red> - FOTOLAR</font> Ali təhsil ocağında “Nizami Gəncəvinin söz dünyası” mövzusunda elmi-nəzəri konfrans keçirilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda “Nizami Gəncəvinin söz dünyası” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

İnstitutun rektoru Azad Novruzov qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə 2021-ci ili ölkəmizdə “Nizami ili” elan edilib. Muxtar respublika ümumtəhsil məktəblərində və ali təhsil müəssisələrində Nizami Gəncəvinin ədəbi irsinin dərindən öyrənilməsinə və gənclər arasında təbliğinə geniş yer verilir. Bu məqsədlə müxtəlif səpkili tədbirlər keçirilir. “Nizami Gəncəvinin söz dünyası” mövzusundakı elmi-nəzəri konfrans da bu tədbirlərin davamıdır.

İnstitutun müəllimləri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Fətəliyevanın, filologiya üzrə elmlər doktoru Yusif Səfərovun, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Allahverdiyevanın  çıxışları dinlənilib.

Vurğulanıb ki, ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülüb, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb, yubileyləri ölkəmizdə geniş qeyd edilib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunan “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Ölməz sənətkarın 1981-ci ildə ulu öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib.

Tələbələr Nizami Gəncəvinin şeir və qəzəllərini bədii qiraət edib, dahi şairin həyat və yaradıcılığından bəhs edən videomateriala baxış olub.

Sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Mədinə Rəhimli

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM