NDU-nun idmançı tələbələri mükafatlandırılıb - FOTOLAR

NDU-nun idmançı tələbələri mükafatlandırılıb<font color=red> - FOTOLAR</font> NDU-nun idmançı tələbələri mükafatlandırılıb<font color=red> - FOTOLAR</font> NDU-nun idmançı tələbələri mükafatlandırılıb<font color=red> - FOTOLAR</font> NDU-nun idmançı tələbələri mükafatlandırılıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan Dövlət Universitetində  XV Universiada və 2021-ci ilin I yarısında muxtar respublika üzrə yarışlarda mükafata layiq görülmüş idmançılar təltif olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev ali təhsil müəssisəsində keçirilən yarışların əhəmiyyətini qeyd edib. Bildirib ki, hər il aprel və may aylarında təqvim planına uyğun olaraq universitetdə tələbələrin universiadası keçirilir. Rektor idman kompleksinin yenidən təmir olunmasını, yeni idman ixtisaslarının əlavə olunmasını muxtar respublikada idmana göstərilən yüksək dövlət qayğısının bariz nümunəsi kimi dəyərləndirib. Elbrus İsayev vurğulayıb ki, altı ay davam edən XV Universiada yarışlarında idmançı tələbələrlə yanaşı, qeyri-ixtisasdan olan tələbələr də yer alıb. Rektor tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 Qeyd olunub ki,  universiadada 467 idmançı tələbə iştirak edib. Bunlardan 100 nəfəri əcnəbi tələbə olub.

Universiadanın ümumi nəticələrinə görə Tibb fakültəsi ümumi hesabla qalib olub. İqtisad fakültəsi ikinci, Pedaqoji fakültə isə üçüncü olub.

Bədən tərbiyəsi və idman ixtisası üzrə II kurs tələbəsi, Dünya ikincisi, Avropa üçüncüsü olan Aslan İsmayılov qazandığı uğurlar barədə danışıb, universiada iştirakçılarını təbrik edib

Sonda idmançı tələbələri mükafatlandırılıblar.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM