“Naxçıvan” Universitetində ECAR layihəsinin təqdimatı keçirilib - FOTOLAR

“Naxçıvan” Universitetində ECAR layihəsinin təqdimatı keçirilib<font color=red> - FOTOLAR</font> “Naxçıvan” Universitetində ECAR layihəsinin təqdimatı keçirilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, “Naxçıvan” Universiteti  Avropa Komissiyasının Erasmus + proqramı çərçivəsində Ali Təhsildə Potensialın gücləndirilməsi profili üzrə qrant müsabiqənin qalibi, “Azərbaycanda Rektorlar Konfransı”nın layihəsi olan ECAR layihəsinin Naxçıvanda yeganə tərəfdaşıdır.

Rektor dünyada gedən əsaslı dəyişikliklər və rəqəmsallaşma şəraitində təhsilimizin qarşısında dayanan yeni çağırış və tələblərdən irəli gələn məsələlərin həlli üçün beynəlxalq səviyyədə universitetlərarası əməkdaşlığın vacibliyini vurğulayıb. Bununla yanaşı, Azərbaycanda ali təhsilin Avropa ali təhsil məkanına inteqrasiyasının sürətləndirilməsi, Ali təhsil müəssisələri və digər maraqlı tərəfdaşlar arasında əməkdaşlıq, şəbəkə, ünsiyyət səviyyəsinin effektivliyinin artırılması, ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsi və universitetlərin beynəlxalq proqramlara daha fəal cəlb olunmasının əhəmiyyətindən danışıb.

“Azərbaycanda Rektorlar Konfransı” adlı layihənin Avropanın qabaqcıl və müsbət təcrübəsinin ölkəmizdə tətbiqinin önəmini vurğulayan rektor 3 il müddətinə həyata keçiriləcək bu layihənin ali təhsil sisteminin inkişafına yeni töhfələr verəcəyini deyib.

 

Səriyyə Alməmmədova

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM