satellite   Azerspace-1: 11135 H 30000

Bu gün imtahan verən abituriyentlərdən 19 min 407 nəfəri Azərbaycan bölməsinin məzunudur

Bu gün imtahan verən abituriyentlərdən 19 min 407 nəfəri Azərbaycan bölməsinin məzunudur

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən III ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir. İmtahanda 21 min 35 abituriyentin iştirakı nəzərdə tutulur.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə DİM-dən məlumat verilib. Bildirilib ki, abituriyentlərdən 19 min 407 nəfər Azərbaycan, 1628 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 5 min 176 nəfəri oğlan, 15 min 859 nəfəri isə qızdır. 17 min 540 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2 min 952 nəfər əvvəlki illərin məzunudur. 51 nəfər ali təhsil müəssisələrinin, 492 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 74 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1963-cü ildən, ən gənci isə 2006-cı ildəndir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM