Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi (ikinci cəhd) və hərbi liseylərə qəbul imtahanları keçirilir

Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi (ikinci cəhd) və hərbi liseylərə qəbul imtahanları keçirilir

Avqustun 4-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) ikinci cəhdi və hərbi liseylərə qəbul imtahanı keçirilir.

DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, imtahanlar Bakı və Naxçıvan şəhərlərində təşkil olunub. Hər iki imtahan saat 10:00-da başlanıb.

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin ikinci cəhdində iştirak etmək üçün 966 namizəd qeydiyyatdan keçib. Hərbi liseylərə qəbul imtahanında isə 1911 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 13 imtahan binası, 208 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 13 ümumi imtahan rəhbəri, 37 imtahan rəhbəri, 269 nəzarətçi–müəllim, 26 buraxılış rejimi əməkdaşı cəlb olunub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM