Bu gün Naxçıvanda rezidenturaya və hərbi liseylərə qəbul imtahanları keçirilib - FOTOLAR

Bu gün Naxçıvanda rezidenturaya və hərbi liseylərə qəbul imtahanları keçirilib <font color=red> - FOTOLAR</font> Bu gün Naxçıvanda rezidenturaya və hərbi liseylərə qəbul imtahanları keçirilib <font color=red> - FOTOLAR</font>

DİM-in Naxçıvan Regional bölməsinin müdiri Sabir Məmmədov NUHÇIXAN İnformasiya Agentliyinə  bildirib ki, imtahanlarda iştirak etmək üçün Naxçıvan Muxtar Respublikası üzrə ümumilikdə 500-ə yaxın abituriyent qeydiyyatdan keçib.

“Ölkə üzrə keçirilən imtahanlar Bakı və Naxçıvan şəhərlərində keçirilib. Hər iki imtahan saat 10.00-da başlayıb. Qaydalara əsasən rezidenturaya qəbul imtahanına birinci mərhələdə topladığı bal 40-dan az olmayan namizədlər buraxılıb. İmtahana 2 saat 30 dəqiqə vaxt ayrılıb. Ölkə üzrə bu imtahanda 966, Naxçıvan üzrə isə 34 namizəd qeydiyyatdan keçib”,- deyə Regional bölmənin müdiri bildirib.

Hərbi liseylərə qəbul imtahanında isə ölkə üzrə ümumilikdə 1900-dən artıq, o cümlədən muxtar respublika üzrə 451 abituriyent qeydiyyatdan keçib. 2 saat davam edən imtahana 36 zal ayrılıb. Abituriyentlər hərbi liseylərə qəbul olunmaları üçün 4 fənn üzrə - Azərbaycan dili, Riyaziyyat, Fizika və Kimyadan ümumilikdə 80 sual təqdim olunub.

Ərhan Novruzov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM