Marsdan yeni görüntülər paylaşılıb - FOTOLAR

Marsdan yeni görüntülər paylaşılıb<font color=red> - FOTOLAR</font> Marsdan yeni görüntülər paylaşılıb<font color=red> - FOTOLAR</font> Marsdan yeni görüntülər paylaşılıb<font color=red> - FOTOLAR</font> Marsdan yeni görüntülər paylaşılıb<font color=red> - FOTOLAR</font>

ABŞ Milli Aviasiya və Kosmos İdarəsinin (NASA) Mars planetinə göndərdiyi "Perseverance" tədqiqat aparatı Yerə yeni görüntülər göndərib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kosmik robot "qırmızı planet"də torpaq nümunələri toplayarkən Marsın yeni fotoşəkillərini çəkib. Fotolar NASA-nın "Tvitter" səhifəsində yayımlanıb. Qeyd olunur ki, yaxın vaxtlarda aparat Marsda ilk torpaq nümunələrini toplayacaq.

Xatırladaq ki, ötən ay "Perseverance"ın planetdə qədim həyat əlamətlərini axtarmağa başladığı məlum olub.

Qeyd edək ki, bir ton ağırlığı olan “Perseverance” yeddi aylıq uçuşdan sonra fevralın 18-də Marsın “Jezero” adlandırılan kraterinə eniş edib. “Mars 2020” missiyası ötən ilin iyul ayında start götürüb. NASA-nın tarixində beşinci Mars aparatı olan “Perseverance” "qırmızı planet"in quruluşu və geologiyasının tədqiqi üçün nəzərdə tutulan yeddi elmi alətlə, həmçinin 25 kamera və iki mikrofonla təchiz olunub.

Məlumata görə, missiyanın əsas məqsədi Mars səthindən gələcəkdə Yerə çatdırılması nəzərdə tutulan süxur nümunələri toplamaqdır. Onun göyərtəsində planetin atmosferindən oksigen almaq üçün eksperimental qurğu, həmçinin başqa planetdə ilk uçuşu həyata keçirəcək “kosmik helikopter” də var. NASA-nın hədəfi 2030-cu ilədək Mars planetinə insan göndərmək imkanlarına nail olmaqdır.
 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM