DİM: Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri 2 gün ərzində elan olunacaq

DİM: Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri 2 gün ərzində elan olunacaq

Avqustun 4-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (ikinci cəhd; baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirilib.

DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələrinin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur. Bu gündən etibarən DİM-də imtahan materiallarının emalına başlanılır.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM