satellite   Azerspace-1: 11135 H 30000

Hərbi liseylərə qəbul imtahanının nəticələri elan edilib

Hərbi liseylərə qəbul imtahanının nəticələri elan edilib

Dövlət İmtahan Mərkəzi Müdafiə Nazirliyinin hərbi liseylərinə avqustun 4-də keçirilən qəbul imtahanının nəticələrini elan edib.

Mərkəzdən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 1911 abituriyentdən 44 nəfər imtahanda iştirak etməyib. İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Abituriyentlər Apellyasiya komissiyasına 10-11 avqust 2021-ci il tarixlərində müraciət edə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM